Ukrayna ordusu işğal edilən Luqansk sərhədini keçdi

Ukrayna qoşunları Luqansk Xalq Respublikasının (LXR) sərhədini keçib.

Sabahinfo.az xəbər verir ki, bu barədə LXR xalq milisinin zabiti Andrey Maroçko bildirib.

"İtkilərə baxmayaraq, Ukraynanın silahlı birləşmələri LXR-in inzibati sərhədini keçərək Lisiçansk yaşayış məntəqəsi istiqamətində möhkəmlənməyə nail olub", - Maroçko əlavə edib.

Bundan əvvəl Rusiya bölmələri Donetsk vilayətinin Liman şəhərindən mühasirə təhlükəsi səbəbilə geri çəkilib.