Ukrayna ordusu Rusiyanın “Z” simvollu hərbi kolonunu məhv etdi - VİDEO

Ukrayna Silahlı Qüvvələri Nikolayev vilayətində Rusiyanın üzərində “Z” simvolu olan hərbi kolonunu məhv edib.

Ərazidə çoxlu sayda Rusiya texnikası yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, ötən gün Nikolayev vilayətində Rusiyanın hərbi texnikasının irəliləyişini dayandırmaq üçün körpü partladılmışdı.