Ukrayna xarici işlər naziri postuna namizədin adı açıqlanıb - YENİLƏNİB

Andrey Sibiqa Ukraynanın yeni xarici işlər naziri ola bilər.

Sabahinfo.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

A.Sibiqa xarici işlər nazirinin birinci müavinidir.

O, bundan əvvəl Prezident Ofisinin rəhbərinin müavini (2021-2024) və ölkənin Türkiyədəki səfiri (2016-2021) vəzifələrində çalışıb.

***

09:55

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba istefa ərizəsini təqdim edib.

Sabahinfo.az xəbər verir ki, bu barədə Ali Radanın spikeri Ruslan Stefançuk öz “Facebook” səhifəsində yazıb.

Stefançuk bildirib ki, nazirin bəyanatına qarşıdakı plenar iclaslardan birində baxılacaq.