Ukraynada müharibədə ölən uşaqların sayı 238-ə çatdı

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində indiyədək 238 uşaq ölüb, 433 uşaq güllə və qəlpə yarası alıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

Məlumatda 672 uşağın müxtəlif dərəcəli xəsarət aldığı qeyd olunub. 

Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.