Ukraynada müharibədə ölən uşaqların sayı 340-ı ötüb

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində 341 uşaq ölüb, 622 uşaq isə yaralanıb.

Sabahinfo.az xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

Bildirilib ki, Rusiya ordusunun bombardmanı nəticəsində 2061 təhsil müəssisəsinə ziyan dəyib, 213-ü isə tamamilə dağılıb.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyatlara başlayıb.