Ukraynanın Baş Hərbi Prokurorluğu sabiq Baş nazir Nikolay Azarova qarşı "Antonov" dövlət müəssisəsində yoxlamaların qanunsuz dayandırılması ittihamı ilə cinayət işi açıb, onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. Bu barədə RİA Novosti xəbər verir. Hazırda N.Azarov Ukrayna hüdudlarından kənardadır. O, 2014-cü ildə Viktor Yanukoviçin hakimiyyətdən kənarlaşdırıldığı dövlət çevrilişindən sonra ölkəni tərk edib. N.Azarov bildirib ki, yalnız indiki hakimiyyətin dəyişməsindən sonra ölkəyə qayıtmağa hazırdır.
Artıq 2015-ci ilin yanvarında Kiyev məhkəməsi N.Azarovun həbs edilməsi haqqında qətnamə çıxarıb.
Yeni hakimiyyət bir sıra sabiq məmurlar barəsində də cinayət işi açıb.