Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirildi

01.05.2023 cü il tarixində Bakı şəhəri Sabunçu rayonunda yerləşən 295 nömrəli tam orta məktəbdə Ulu Öndər H.Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirildi.Tədbirdə Millət vəkilləri Ceyhun Məmmədov,Jalə Əhmədova, Sabunçu rayon İcra Hakimiyyətinın ictimai- siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, Sabunçu rayon 42- ci polis bölməsinin rəisi polis polkovnik-leytenantı Emil Cavadov və başqaları iştirak etdilər.İlk olaraq tədbir iştirakçıları məktəbin foyesində Ulu Öndər H.Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər.

Millət vəkilləri və qonaqlar şagirdlərin "Rənglər dünyası" rəsm sərgisinə baxdıqdan sonra bir- bindən maraqlı çıxışlarına tamaşa etdilər.Məktəbin direktoru Dilarə Cəbrayılova Ümummilli liderin xalqımız və dövlətimiz qarşısında xidmətlərindən danışıb.

O,Ulu Öndərin mənalı həyat yolunun hər anı, hər səhifəsi ingiki gənclərə  bir nümunə,tarix və məktəb oldugunu qeyd edib.Millət vəkilləri Jalə Əhmədova ,Ceyhun Məmmədov və qonaqlar çıxışlarında məhz Ulu Öndərin Azərbaycan dövlətçiliyini xaos və böhran məngənəsindən çıxarmış, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirdiyini qeyd etdilər.

Sonda qonaqlar şagirdlərlə xatirə şəkli çəkdirdilər.