Ülvi Quliyev seçiciləri ilə görüş keçirdi

Bu gün Milli Məclisin deputatı Ülvi Quliyev seçildiyi 15 saylı Yasamal 1-ci seçki dairəsinin sakinlərindən bir qrupunu qəbul edərək onların müraciət və şikayətlərini dinləyib. Bəzi vətəndaşların problemləri yerindəcə həll olunub,digər vətəndaşların müraciətlərinin araşdırılması və problemlərin həlli istiqamətində müvafiq tədbirlər görülməsi nəzərdə tutulub.