Ülvi Quliyevdən Zəfər təbriki

Bu şanlı gün münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun, qəhrəman əsgər və zabitlərimizin göstərdiyi igidlik sayəsində qazanılmış bu Qələbə tariximizin ən parlaq səhifələrindəndir. Qəhrəman şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə sağlamlıq və uzun ömür arzulayıram.
Qoy bayrağımız daim uca, dövlətimiz əbədi, xalqımız qalib olsun!

Ülvi Quliyev

Milli Məclisin deputatı