University Foundation Courses-in  (UFC) 10-cu buraxılış gecəsi - FOTOLAR

Bu günlərdə University Foundation Courses-in  (UFC)  sayca 10-cu buraxılış gecəsi keçirilib. 

Tədbirdə UFC  Təhsil Mərkəzinin təsisçi direktoru, Qərbi Kaspi Universitetin professoru, Azərbaycan Futuroloqlar Cəmiyyətinin təsisçisi, "Minilliyin Layihəsi" Qlobal Beynəlxalq Təşkilatının Azərbaycan bölməsinin sədri, Fəxri Legion ordeni, Akademik Palma Ordeni, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı mükafatçısı fəlsəfə doktoru xanım Reyhan Hüseynova UFC Təhsil Mərkəzinin 10 illik fəaliyyəti haqqında ətraflı məlumat vermişdir.  Bu illər ərzidə tələbələr və akademik heyətlə bərabər keçdikləri birgə yolu izləyərək görmək olur ki, yarandığı ilk gündən UFC məzunları Dünya Universitetləri Reytinqində (THE World University Ranking) top zirvələrdə yer alan  universitetlərdə təhsil alır. Və təsadüfi deyil ki, artıq UFC məzunları ölkədə və ölkədən kənar ən yaxşı vəzifələrdə çalışırlar.  

UFC Təhsil Mərkəzinin sayca 10-cu yubiley buraxılış gecəsində ölkə rəsmiləri, ilə yanaşı müxtəlif ölkə səfirləri və səfirlik nümayəndələri də qonaq olmuşdur. Böyük Britaniyanın Azərbaycandakı səfirinin müvəqqəti işlər vəkili cənab Edward Evans, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin Mədəniyyət Məsələləri Mütəxəssisi, cənab Randy Cole, Çex Respublikasının Azərbaycandakı səfirinin müavini сənab Martin Lubojacky, British Council Azərbaycan üzrə ölkə direktoru xanım Nərgiz Hacıyeva, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili cənab Ding Tao, Azərbaycan Fransa Universitetinin direktoru əməkdaşlıq və mədəniyyət məsələləri üzrə rəhbər cənab Charles Denier, Belçikanın Azərbaycandakı səfiri Michel Peetermans, Fransanın Azərbaycandakı səfiri xanım Аnne Boillon, Mərakeş səfiri  cənab Adil Embarch hər biri çıxış edərək ayrılıqda öz təbriklərini bildirmişlər. 

Sonda isə təhsilini başa vuraraq Böyük Britaniya, Fransa, ABŞ, Almaniya, Niderland, İtaliya, İspaniya, İsveçrə, Avstriya, İrlandiya,  Belçika, Macarıstan,  Türkiyə, Danimarka, Çexiya, Belçika, Kanada, Polşa, Estoniya, Latviya və Litvanın reytinqli universitetlərində - süni intellekt, kompüter elmləri, informasiya texnologiyaları, informasiya sistemlərinin idarə edilməsi və analitikası, proqram mühəndisliyi, informatika və riyaziyyat, enerji mühəndisliyi, interyer dizaynı, kimya psixologiya, beynəlxalq münasibətlər, dövlət idarəçiliyi və beynəlxalq münasibətlər, iqtisadiyyat, vəmenecment, biznes sahələrində bakalavr və magistr dərəcələri üzrə təhsil alacaq 49 məzuna ölkə rəsmiləri və səfirlər tərəfindən diplomlar təqdim olunub.