University Foundation Courses-in  (UFC) -  8-ci buraxılış gecəsi- Azərbaycan Gəncləri üçün yeni imkanlar

2022-ci il  iyulun  28-də  University Foundation Courses-in  (UFC) ingilis, fransız, alman dilləri departamentinin tələbələrinin “Foundation” proqramını bitirmələri  münasibətilə  8-ci buraxılış gecəsi keçirildi. 
Buraxılış gecəsində Fransanın Azərbaycandakı səfiri cənab Zakari Qross,Belçikanın Azərbaycandakı səfiri cənab Mişel Pitermans, Misirin Azərbaycandakı səfiri cənab Hişam Məhəmməd Nağı Abdel Həmid, Çexiyanın Azərbaycandakı səfirinin müavini cənab Daniel Putik, Böyk Britaniyanın Azərbaycandakı səfirinin  birinci katibi xanım Salli Rouen, “Foundation” beynəlxalq proqramının akademik direktoru Kids Brumer (Böyük Britaniya), Milli Məclisin deputatı, Azərbaycan-Bolqarıstan parlamentlərarası işçi qrupunun rəhbəri Rauf Əliyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin   rektoru Mustafa Babanlı, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müşaviri Məsim  Məmmədov,  Sahibkarlar Qadınlar Assosiasiyasının sədri Səkinə Babayeva, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov, BMT-nin Əhali Fondunun (UNFPA) layihə koordinatoru Səbinə Manafova, Azərbaycan Neft və Sənaye Universitetinin prorektoru Ata Babayev, Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova, Bakı Dövlət Universitetinin alman-fransız dilləri kafedrasının müdiri Elmira Fərəcullayeva və başqa qonaqlar iştirak edirdilər.   Buraxılış gecəsini giriş sözü ilə UFC-nin direktoru professor Reyhan Hüseynova açdı.
 Reyhan xanım çıxışında vurğuladı ki, UFC Azərbaycanda  Böyük Britaniyanın “Foundation” proqramı üzrə akkreditə olunmuş  lizenziya alan  ilk təhsil mərkəzidir. Burda təhsil alan və tədris ilini müvəffəqiyyətlə bitirən 50 məzun
Böyük Britaniya, Fransa, Almaniya, Türkiyə, İtaliya, Hollandiya, Macarıstan, İrlandiya,  Litva,  Latviya,  Belçika, Çexiya, Bolqarıstan, Kanada və ABŞ-ın  reytinqli universitetlərinin bakalavr və magistr pillələrinə qəbul edilib.
Çıxışının sonunda  xanım Hüseynova qeyd etdi ki, biz xaricdə ali təhsil üzrə ixtisaslaşmışıq və dünyanın bir sıra təhsil müəssisələrinə qeydiyyatdan keçməyə kömək edirik. Məqsədimiz abituriyentlərin ixtisas və bacarıqlarını təkmilləşdirmək, xarici universitetlərdə təhsil prosesinə hazırlamaqdır ki, bu da   onların dünyanın ən yaxşı universitetlərinə daxil olmaq şansı deməkdir.
Qeyd edək ki, Reyhan Hüseynova  Fransanın iki ali ordeni - Napoleon Bonapart tərəfindən təsis edilmiş Fəxri Legion ordeni (2016) və Akademik Palma Ordeni (2020) ilə təltif olunub.
 Məzunları təbrik etmək üçün Fransanın səfiri Zakari Qross, Belçikanın səfiri Mişel Pitermans, “Foundation” beynəlxalq  proqramının akademik direktoru Kids Brumer və Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müşaviri Məsim Məmmədov çıxış etdilər.
  2022-ci ildə UFC-nin  50  məzunu təlim proqramını uğurla başa vuraraq Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Türkiyə, Hollandiya, Macarıstan, ABŞ, Kanada, İrlandiya, Litva, Latviya, Çexiya, Bolqarıstan və  Polşanın reytinqli universitetlərinin təhsilin idarə edilməsi, məlumatların təhlili, kimya mühəndisliyi, maşınqayırma, idarəetmə, maliyyə iqtisadiyyatı, biznes və idarəetmə, məhsul və xidmətlərin inkişafı, Britaniya və Amerika araşdırmaları, biznesin idarə edilməsi, psixologiya, memarlıq dizaynı, şəhərsalma, kulinariya sənəti, KİV və kommunikasiyalar, sosial elmlər, elektromexanika,  tətbiqi elmlər, inşaat  mühəndisliyi, kompüter mühəndisliyi, otel işi və kulinariya fakültələri üzrə bakalavr və magistr dərəcələrini qazanmışlar.
Aşağıda 2022-ci il məzunlarının qəbul olduğu universitetlərin siyahısını təqdim edirik: Böyük Britaniya: Exeter University, University of Birmingham, University of Warwick, Cranfield University,City University of London, University of West London, University of Glasgow in Scotland, University of the West of Scotland. Fransa: Sorbonne Université Paris – Pierre-and-Marie-Curie University, Université d'Évry, Université de Nanterre, CEFAM Centre d'Etudes Franco-Américain de Management, Лицей Гостиничного дела , Версаль  İtaliya: Ca’Foscari University of Venice, University of Turin, Sapienza University of Rome, Rome University of Fine Arts, Tor Vergata University of Rome, Lumsa University, Università Cattolica del Sacro Cuore.  Macarıstan: McDaniel College Budapest, University of Pecs, Eotvos Lorand University. İrlandiya: Atlantic Technological University. Litva: Vytautas Magnus University, Kaunas Tech University. Türkiyə: İzmir Institute of Technology, Medipol University Ankara, Istanbul Bilgi University, Bilkent University, Bahcesehir University, Ankara Yıldırım Beyazıt Üniversitesi, Ankara Üniversitesi, MEDA Hollandiya: Erasmus University Rotterdam    Belçika: Vrije Universiteit Brussel, KU Leuven, VIVES University of Applied Sciences.   Kanada: The University of British Columbia, Trent University, Thomson River University. Çexiya: University of Chemistry and Technology, Czech Technical University in Prague, University of Economics and Business in Prague, New York University in Prague, Charles University. ABŞ: University of Illinois Urbana-Champaign, University of North Texas.  Almaniya: Goethe University Frankfurt, Aachen University, Saarland University, Julius-Maximilians-Universität Würzburg, Universität Regensburg, Humboldt-Universität zu Berlin.  Bolqariya: Varna University of Management  Latviya: University of Latvia, Riga Technical University  Polşa: University of Lodz

Qeyd edək ki, University Foundation Courses komandasının  peşəkar fəaliyyəti nəticəsində məzunların əksəriyyəti təhsillərini davam etdirəcəkləri universitetlərdə təqaüd qazanıblar.   “Foundation” UFC proqramının fərqli cəhəti ondan ibarətdir ki,  Böyük Britaniya, Fransa, İtaliya kimi ölkələrdən tədris üçün yüksək ixtisaslı anadilli müəllimlər dəvət edilib. Bu da tələbələrin gələcəkdə təhsil alacaqları ölkəyə asanlıqla uyğunlaşmasını təmin edir. Bundan əlavə hər bir tələbə öz kursu çərçivəsində gələcək ixtisası üzrə  seçdikləri fakültəyə uyğun olaraq  Böyük Britaniya, Kanada, İtaliya və Fransada ilkin hazırlıq keçirlər.  “University Foundation Courses” yuxarıda sadalanan universitetlərlə birbaşa müqavilələrə malikdir ki, bu da “Foundation” proqramı məzunlarını çətin qeydiyyat prosedurlarından azad edir.

“University Foundation Courses”-in Mətbuat Xidməti