Azyaşlı oğlan soyuq silahla təhlükəli hərəkətlər edib.
Sabahinfo.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Videodan görünür ki, təxminən 10-12 yaşlı uşaq əlindəki bıçağı bədəninin müxtəlif nahiyələrinə dirəyir.
Azyaşlı öz hərəkətlərini tam dərk etməsə də, onun videosunu çəkən şəxs hər halda, təhlükəni başa düşür.
DİN-in mətbuat xidmətindən bildirilib ki, azyaşlının soyuq silahla təhlükəli hərəkətlər etdiyi əks olunan görüntülərlə bağlı araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək.