Uşaqları günvurmadan necə qorumaq olar?

"Uşağı birbaşa günəş şüalarına məruz qalmasından qorumaq məqdədilə ilk növbədə onun başını və ya bədənini panama və ya dəsmal ilə örtmək lazımdır".

Sabahinfo.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.

O qeyd edib ki, istivurmanın qarşısını almaq üçün çimərlikdə üzmək ilə qum vannasının qəbulunu növbə ilə etmək məsləhət görülür:

"Körpənin rasionuna, xüsusilə də gündüz saatlarında və günəş şüası qəbulunu planlaşdırıldığı zaman, meyvə-tərəvəz məhsulları daxil olmalı, yağlı qidalar və ət məhsulları məhdudlaşdırmalıdır. Qazsız içkilər və şəkərsiz kompotlara üstünlük verilməsi tövsiyə olunur".