Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) uşaqlar arasında meymunçiçəyi xəstəliyinə yoluxma hallarını qeydə alıb.
Bu barədə ÜST-ün nümayəndəsi Rozamund Lyuis brifinq zamanı bildirib.
Onun sözlərinə görə, bu gün meymunçiçəyinə yoluxma aşkarlanan uşaqların təxminən üçdəbiri 10 yaşınadək, yarısı isə beş yaşınadək uşaqlardır.
Lyuis qeyd edib ki, çox güman ki, kiçik uşaqlar xəstəliyə evdə yoluxurlar. 18-19 yaşlı xəstələr arasında meymunçiçəyi xəstəliyinin yayılması məsələsi hələ də aktuallığını itirməyib.