Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) dünyada uşaqlarda mənşəyi məlum olmayan 920 şübhəli hepatit hadisəsi barədə məlumat daxil olub.
ÜST-ün Cenevrədə dərc olunmuş press-relizinə görə, bu, 33 ölkədə rast gəlinən xəstəlikdir.
Sözügedən xəstəlik aprelin 5-də Böyük Britaniya Şotlandiyada xəstə olan 10 yaşından kiçik 10 uşaq barədə məlumat verdikdən sonra ÜST-də qeydə alınıb. Xəstəliklərin yarısı (460) Avropada, o cümlədən 267-si Böyük Britaniyada müəyyən olunub.