Velosiped zolaqlarına baryerlər quraşdırıldı

Bakı şəhərinin mərkəzi hissələrindəki küçə və prospektlərə çəkilmiş velisoped zolaqlarının kənarlarına baryerlər quraşdırılır.

Sabahinfo.az xəbər verir ki, artıq İstiqlaliyyət küçəsində və Azərbaycan prospektindəki zolağın kənar hissələrinə plastik baryerlər bərkidilib.

Baryerlərin quraşdırılması ilə minik avtomobilləri və avtobusların velosiped zolağına daxil olmasının qarşısı alınacaq.

Layihənin ilkin mərhələsi Bakı şəhərinin əsasən mərkəzi hissələrini – İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti, Fikrət Əmirov küçəsi və Bulvar ərazisini əhatə edir.