Vətən müharibəsində şəhid olan zabitimiz, mayor Natiq İsmayılovun anası Tamara İsmayılova vəfat edib.
Sabahinfo.az xəbər verir ki, şəhid anası yaşadığı Qəbələnin Bunud kəndində dünyasını dəyişib.
Qeyd edək ki, mayor Natiq İsmayılov Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.