21 fevral tarixində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən Naxçıvan şəhərində Ümummilli Lider, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu" mövzusunda Konfrans keçirildi.
Konfrans iştirakçıları ilk öncə Naxçıvan şəhərində ümumilli lider Heydər Əliyevin məzarı üzrə gül dəstələri qoyaraq öz ehtiramlarını bildirdilər. Daha sonra Muzeydə ümumilli liderin həyat yolunndan bəhs edək eskponatlarla tanış olublar.
Ümumilikdə 250-dən çox ictimayyət nümayəndəsinin Naxçıvana səfəri və belə bir konfrasın reallaşması bir sıra aspektlərdən əhəmiyyətlidir. Birincisi ona görə ki, bu zamana kimi vətəndaş cəmiyyətinin Muxtar Respublikada fəaliyyəti o dərəcədə geniş siferanı əhatə etmirdi. Belə bir səfərlə qarşılıqlı əməkdaşlığın təməli qoyuldu deyə bilərik. Eyni zamanda vətəndaş cəmiyyəti institutu nümayəndələrinin Naxçıvan səfəri bu regionda görülən işlərlə bağlı ətraflı məlumat əldə etməsinə səbəb oldu ki, bu da gələcək fəaliyyətdə öz müsbət keyfiyyətləri ilə özünü daha qabarıq şəkildə biruzə edəcək.
Ümumilli lider Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbirlər planına əsasən həyata keçirilən bu konfransın həm də Naxçıvanda baş tutması ictimai sahədə həyata keçirilən yeniliklərlə bağlıdır. Bu sahəyə diqqətin artırılması səfərin yüksək səviyyədə təşkili onu deməyə əsas verir ki, həyata keçirilən işlər vətəndaş cəmiyyətin yaxın zamanda daha təkmil şəkildə inkişafına gətirib çıxaracaq.
Prezident Administrasiyasının bu sahə üzrə məsul şəxslərinın hər bir vətəndaş cəmiyyəti üzvü ilə səmimi münasibəti və Konfrasda çıxışları və Naxçıvanda ictimai sektorun inkişafında yeni mərhələnin başlaması kimi qiymətləndirilə bilər.
Səfərin təşkilində Azərbaycan Həmkərlar İttifaqı və QHT Agentliyinin əməyi keçən hər bir əməkdaşına özü xüsusi təşəkkürlərimizi çatdırırıq.
Qeyd edək ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, çoxəsrlik tariximizin ən böyük nailiyyətləri məhz Heydər Əliyev siyasəti ilə bağlıdır. Ulu öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Heydər Əliyevin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət edib.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev çıxış edərək, vətəndaş cəmiyyətinin təşəkkülündə və ölkənin əsas hərəkətverici qüvvələrindən birinə çevrilməsində Ümummilli lider Heydər Əliyevin çox böyük əməyinin olduğunu vurğulayıb. Bildirib ki, məhz onun müəllifliyi və təşəbbüsü ilə 1995-ci ildə qəbul edilən yeni və müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı, bununla da hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda Heydər Əliyev ideyalarının təməl prinsiplərindən olan vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ hüquqi baza yaradıldı. Konstitusiyanın qəbul edilməsi həm də ictimai birliklərin, qeyri-hökumət təşkilatlarının yaranmasına, formalaşmasına şərait yaradıb.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Auditorlar Palatasının sədri Vahid Novruzov konfransın böyük əhəmiyyət kəsb etdiyini deyib. Qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında da vətəndaş cəmiyyətinin daha geniş yayılması, inkişaf etməsi üçün ən qabaqcıl vətəndaş cəmiyyəti institutlarının təcrübəsinin öyrənilməsinə ehtiyac var, həm də ki, bu sahədə yerli təşəbbüsün daha da geniş yayılması üçün tədbirlər görülməlidir: “Mən bugünkü tədbirin əsas qayəsini, əhəmiyyətini vətəndaş cəmiyyəti institutlarının regionlarımızda inkişafı baxımından yüksək dəyərləndirirəm".
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva vurğulayıb ki, Heydər Əliyev Azərbaycanda demokratik islahatların banisidir, eyni zamanda vətəndaş quruculuğunda onun əvəzsiz xidmətləri var: “Vətəndaş quruculuğu sahəsində qanun və normativ sənədlərin qəbulu məhz Ümummilli liderin adı ilə bağlıdır. Bu konfransın Naxçıvanda keçirilməsi təsadüfi deyil. Naxçıvan Azərbaycana və dünyaya Heydər Əliyevi bəxş edən qədim bir diyardır. Və bu tipli konfranslar, simpoziumlar ilboyu Azərbaycanın digər regionlarında da həyata keçiriləcək, eyni zamanda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Heydər Əliyev İli” çərçivəsində müsabiqə elanı da nəzərdə tutub".
Daha sonra Heydər Əliyevin vətəndaş cəmiyyəti quruculuğu sahəsində həyata keçirdiyi genişmiqyaslı işlər barəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, 44 günlük Vətən Müharibəsinin iştirakçısı, Xüsusi Təyinatlıların Qaziləri və Şəhid Ailələri İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfərova və Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev çıxış ediblər.
Ədil Ədilzadə
Yeni Həyat-İqtisadi İnkişaf İctimai Birliyinin sədri