Daxili işlər naziri Vilayət Eyvazov iyunun 21-də Şirvan şəhərində növbəti vətəndaş qəbulu və bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
Daxili İşlər Nazirliyindən Sabahinfo.az-a verilən məlumata görə, həmin gün nazir 93 vətəndaşı dinləyib, 18 -i Vətən müharibəsi iştirakçısı olmaqla 95 gənci polis orqanlarında xidmətə qəbul edib.