Vilayət Eyvazovdan rəis təyinatı

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Sabahinfo.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Tural Nəzərov işdən azad olunub.

Digər əmrlə o, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə rəis təyin edilib./Lent.az