Vilayət Eyvazovdan yeni TƏYİNAT

Daxili işlər orqanlarında yeni təyinat olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis mayoru Abdullayev Ağaxan Əhliman oglu Sabirabad RPŞ-nin Təhqiqat bölməsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Ağaxan Abdullayev bundan əvvəl Goranboy RPŞ-nin Təhqiqat bölməsinin rəisi vəzifəsində çalışıb.