Vilayət Eyvazovun Gədəbəydə vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun Gədəbəydə keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Sabahinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Vilayət Eyvazov tərəfindən yanvar ayının 17-də Gədəbəy Rayon Polis Şöbəsində keçirilməsi nəzərdə tutulan Ağstafa, Daşkəsən, Tovuz, Qazax, Gədəbəy və Şəmkir şəhər və rayonlarının sakinlərinin qəbulu tarixi yanvar ayının 25-nə dəyişdirilib.