“Vitali Balasanyanın “hərbi təlimlər” keçirmək gücünü haradan alır?”

Azərbaycan 44 günlük müharibədə Ermənistan ordusunu məhv etdi. İndi guya Ermənistanın ordusu var ki, hələ bir təlimlər də keçirlər? Aydın məsələdir ki, erməni ordusu adı altında Rusiya təlimlər keçirmək istəyir”.

Xəbər verdiyimiz kimi Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasında qondarma rejimin “təhlükəsizlik şurasının katibi”, cinayətkar Vitali Balasanyanın təşəbbüsü ilə “hərbi təlimlər” keçiriləcək. Separatçıların Azərbaycan torpaqlarında “hərbi təlimlər” keçirməyə cəhd etməsi artıq son hədd kimi qiymətləndirilməlidir. Çünki qondarma rejimin hərbi təlim keçirmək cəhdi regionda onsuz da kövrək olan sülh mühitini ciddi şəkildə zədələyəcək.

Qondama rejimin keçirməsi planladığı hərbi təlimi ilə bağlı Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova öz fikirlərini PİA.az-la bölüşüb.

Könül İsmayılova: “Sülhməramlı adı altında rusların öz bildiklərini etməsi qəbuledilməzdir. Artıq buna son qoymağın vaxtı çatıb”.

Müasir Müsavat Partiyasının sədr müavini Rusiya sülhməramlılarının son zamanlar atdıqları addımlar heç anlaşılmadığını bildirib:

Rusiya sülhməramlıları nəzarət etdikləri ərazilərə Azərbaycan maşınlarının keçməsində problem yaradırlar. Amma onlar cinayətkar Vitali Balasanyanın təşəbbüsü ilə “hərbi təlimlər” keçirəcəklər. Rusiya sülhməramlılarının son zamanlar atdıqları addımlar heç anlaşılmır.

Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasında qondarma rejimin indi təlim keçirməsi nəyə lazımdır? Əgər Azərbaycan müharibəni bitiribsə və qalib olubsa, seperatçılar və ruslar yenidən nəyə hazırlaşırlar? İl yarımdır sülh müqaviləsinin bağlanmasına da maneələr yaradırlar. Artıq proseslər elə səmtdə cərəyan edir ki, nə fikirləşəsən bilmirsən. Qalib ölkə Azərbaycandır, qalib ölkə nə Ermənistandır, nə də Rusiya. Amma onlar özlərini qalib ölkə kimi aparırlar. Azərbaycan öz haqqına sahib olub. Ancaq imkan vermirlər ki, biz bu haqdan istifadə edək”.

Könül İsmayılova qeyd edib ki, rusların özləri yalandan Balasanyanın adından istifadə edirlər:

“Qondarma rejimin “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyanın “hərbi təlimlər” keçirmək gücünü haradan alır? Bunları ruslar ruhlandırır, yoxsa rusların özləri edirlər yalandan Balasanyanın adından istifadə edirlər? Bu suallar çox maraqlıdır və cavabı verilsə, yaxşı olar. Azərbaycan 44 günlük müharibədə Ermənistan ordusunu məhv etdi. İndi guya Ermənistanın ordusu var ki, hələ bir təlimlər də keçirlər? Aydın məsələdir ki, erməni ordusu adı altında Rusiya təlimlər keçirmək istəyir.

Bir məsələni də vurğulamaq istəyirəm. Bildiyimiz kimi fevralın 26-sı Xocalı soyrımı günüdür. Amma Xocalıda rusların heykəli qoyulur, parklar yaradılır, yeni binalar tikilir, hətta birinci dil olaraq rus dili orada təmsil olunur. Bütün bunlar da çox pis haldır. Çünki Xocalı Azərbaycanın ən ağrılı yeridir. Buna baxmayaraq orada sülhməramlı adı altında rusların öz bildiklərini etməsi qəbuledilməzdir. Artıq buna son qoymağın vaxtı çatıb. Azərbaycan öz qəti mövqeyini ortaya qoymalıdır”.