Volqoqrad vilayətindəki soyadaşlarımız Prezident İlham Əliyevi təbrik ediblər

Rusiya Federasiyasının Volqoqrad vilayətindəki soyadaşlarımız Prezident İlham Əliyevi 7 fevral seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik ediblər.

“Rusiya-Azərbaycan Birliyi” Volqoqrad regional ictimai təşkilatının sədri  Şehsadıq Nəhmətov və təşkilatın sədr müavini Bəhram Nəhmətov adından Prezident İlham Əliyevə ünvanlanan təbrik məktubunda bildirilib: “Hörmətli cənab Prezident.Qəhrəman şəhər Volqoqradda yaşayan azərbaycanlılar Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi təbrik edir. Bu şəhərdə

yaşayan bütün həmvətənlərimizin xoş diləklərini Sizə çatdırır, gələcək fəaliyyətiniz dövründə ölkəmizin daha da çiçəklənməsi naminə müvəffəqiyyətlər arzulayırıq.Əminik ki, bundan sonra da qəbul etdiyiniz qərarlar ölkəmizin rifahını yüksəldəcək, bütün dünyadakı azərbaycanlıların mənafeyini qoruyacaq.

Sizin yenidən Azərbaycanın ali dövlət vəzifəsinə seçilməyiniz dünya azərbaycanlılarının yüksək etimadının və beynəlxalq aləmdə nüfuzunun növbəti təsdiqidir. Qəhrəman Volqoqrad şəhərində yaşayan və işləyən azərbaycanlılar Sizin böyük nüfuzunuzla fəxr edir, hər zaman Sizə, dövlətimizə güvənirlər.

Bu gün Azərbaycan ilə Rusiya arasında münasibətlər ən yüksək səviyyədədir. Biz daim inkişaf edən bu münasibətlərdən məmnunuq. Qardaş xalqlarımızın mənafeyi naminə atdığınız bütün addımları dəstəkləyir və minnətdarlığımızı bildiririk.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycanın inkişafı naminə fəaliyyətinizdə uğurlar, xalqımıza isə sülh, əmin-amanlıq və firavanlıq arzulayırıq”.

image-2c3311cf-e57b-4cee-bcef-bf385b1f12da