Vüqar Bayramov: "İdxal infilyasiyası qaçılmaz idi"- MÜSAHİBƏ

Milli Məclisin deputatı Vüqar Bayramov SABAHİNFO.AZ saytına müsahibə verib.
Müsahibəni təqdim edirik ;
-Hörmətli Vüqar müəllim Şuşada keçrilən Zəfər Qurultayı ilə bağlı fikirləriniz maraqlı olardı ...
-Diaspora fəaliyyəti hər bir ölkənin inkişafı baxımından çox vacibdir. Bu yalnız həqiqətlərin təqdim olunması baxımından deyil həm də eyni zamanda iqtisadi baxımından sərmayanın cəlb edilməsi, ölkənin tanıdılması, ölkənin potensialının qeyd edilməsi asbektindən də vacibdir. O baxımdan etiraf etmək lazımdır ki, son illər Diaspora fəaliyyətində daha sistemli yanaşma var. Bu da nəticə etibarı ilə xaricdə yaşayan azərbaycanlıların böyük əksəriyyətinin Diaspora fəaliyyətinin istiqamətində birləşməsi və xüsusən də Azərbaycan həqiqətlərinin təqdim edilməsi baxımından vacibdir, alqışlanandır. Təbii ki , bu dəfəki Qurultay fərqli Qurultay idi. Çünki Azərbaycanın qürur mənbəyi, mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilir. Eyni zamanda bu ilki Qurultayın digər özəlliyi ondan ibarətdir ki, bu Zəfər Qurultayıdır və 44 günlük əldə etdiyimiz zəfərdən sonra təbii ki, Diaspora Zəfər Qurultayını keçirdi. Bu baxımdan Qurultay və Qurultayda müzakirə edilən məsələlər və xüsusən də nəzərə alsaq ki, həm də Qurultay xaricdə yaşayan azərbaycanllıların daha yaxından bir - birini tanıması, daha yaxından əməkdaşlığı asbektindən də vacibdir və ona görə də önəmlidir. Ümumiyyətlə həm ölkə xarici həm ölkə daxilində yaşayan Diaspora ilə əlaqələrin gücləndirilməsi bu istiqamətdə xüsusən də Diaspora qurumları arasında, xaricdə yaşayan bizim Diaspora icraları arasında münasibətlərin daha da genişləndirilməsi vacibdir. Təbii ki, reallıq bundan ibarətdir ki, bu istiqamətdə artıq yeni addımlar atılır. Bu isə ondan xəbər verir ki, Azərbaycan Diasporu çox yaxın gələcəkdə daha güclü ola biləcək.
-Müharibə zamanı sizin deputat ofisinizə də ciddi ziyan dəymişdi .Maraqlıdır bununla bağlı hər hansı beynəlxalq qurumlara müraciətiniz oldumu ?
-Vətən müharibəsinin başladığı ilk gün mən Fizuli rayonunda idim.Təbii ki, öz seçicilərimiz olan skinlərimizlə bir yerdə idik və müharibə zaman ziyan görən məhs infrastrukturlardan, tikililərdən biri də bizim deputat ofisi oldu. Yalnız deputat ofisi deyil, Fizulidə xeyli sayda həm inzibati binalar həm şəxsi mülklər yəni əmlaklar ziyan gördü və biz bununla bağlı beynəlxalq qurumlara o zaman müraciət etdik. Mətbuat vasitəsi ilə sosial şəbəkə və bir başa görüşlərdə də beynəlxalq təşkilatlarlaın üzvləri ilə görüşlərdə də bu məsələləri qaldırdım və təbii ki, önəmli zəfər idi .Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə zəfərə imza atdı .Bu baxımından artıq bərpa və yenidənqurma mərhələsidir və bizim deputat ofisi də bərpa olunub. Digər əmlaklara dəymiş ziyan da dövlət tərəfindən ödənilir və artıq işğaldan azad olunmuş ərazilərmiz də bərpa və yenidənqurma intensif şəkildə həyata keçİrilir, bu isə ondan xəbər verir ki, biz inşallah çox yaxın zamanlarda öz deputat ofisimizi Horadiz şəhərindən 27 ildən artıq işğal altında qalmış Fizuli şəhərinə köçürə biləcəyik və artıq yeni deputat ofisi inşallah məskunlaşmadan sonra Fizuli şəhərində fəliyyətinə başlayacaq.
-2022 – ci ilin birinci rübü geridə qaldı . Bu müddətin iqtisadi göstəricilərini necə dəyərləndirərdiniz ?
-2022 – ci ilin birinci rübü əslində gözlənilənlərdən və praqnozlaşdırılanlardan daha pozetiv yadda qaldı belə ki, həm umumi daxili məhsulda 7 faizə yaxın artım qeydə alındı.Qeyri neft ümumidaxili məhsulda artım 10 faiz oldu. Təbii ki, burada vacib məqamlardan biri xüsusən də inkişafın qeyri neft sektoru üzərində qurulmasıdır. Çünki artıq həm ümumdaxil məhsulu qeyri neft sektorunun payında artımlar var eyni zamanda qeyri neft sektoru artıq iqtsadi inkişafın lakanativinə çevrilməkdədir. Bu baxımından qeyri neft sektoru məhs iqtisadi inkişafı bu ilin birinci rübündə də praktik olaraq iqtisadi inkişafın dirayverinə çevrildi. Digər mühüm məqamlardan biri məhs xarici ticarət balansında 5,1 milyard müsbət saldo idi. Bu ondan xəbər verir ki, ölkəyə daxil olan valyutanın həcimi ölkədən çıxan valyutanın həcimindən 5,1 milyard dollar çoxdur və bu da təbii ki , ölkədə valyutaya olan tələbin ödənilməsi baxımından çox vacibdir. Xarici borcun azaldılması ilə bağlı fəaliyyətlər davam etdi .Bu da bir mənalı şəkildə pozitiv nəticələri özündə göstərir və xüsusən xarici borcun ümumdaxili məhsuldakı payının 20 faizindən aşağı düşməsi də Azərbaycanın xarici borcunun ümumdaxil məhsuldakı payına görə dünyada ən yaxşı onluğa daxil olması da ondan xəbər verir ki,  Azərbaycan mövcud reusları ilə xarici borc aslılığını ciddi şəkildə minimumlaşdırıb. Azərbaycan xarici borcunun ümumdaxili məhsuldakı payına görə EMDEBE -də ən yaxşı göstəriciyiyə malikdir. O baxımından dünya iqtisadiyyatında qeyri müəyyənlik kotalizimlərin yüksəlməsinə baxmayaraq Azərbaycan bu ilin birinci rübündə iqtisadi artım tempini praqnozlaşdırılandan daha yüksək faizlə əldə edə bildi .Bu da təbii ki , 2022 – ci il üçün hətda qlobal və regional çətinliklərə baxmayaraq ölkə iqtisadiyyatı ilə bağlı müsbət praqnozların irəli sürülməsinə imkan verir .
-ADR –nın üzvü olmaq yönündə qərar qəbul etmək fikriniz varmı?
-Mən parlamentdə müstəqil deputat kimi təmsil olunuram və heç zaman hər hansı bir siyasi partiyanın və ya siyasi qurumun üzvü olmamışam. Müstəqil şəkildə iqtisadi prosesləri qiymətləndirirəm və parlamentdə də müstəqil olaraq qanunverici fəaliyyətə töhfə verməyə çalışıram. Xüsusən iqtisadi və sosial sahədə təqdim olunan qanunvericiliklə bağlı təkliflərimi və fikirlərimi bölüşürəm. Təbii ki, müstəqil deputat olaraq mənim də əsas fəaliyyətim Cənab Prezidentin müəyyənləşdirdiyi tövsiyələr və priaritetlərə uyğun olaraq həyata keçirilir və nəzərə alsaq ki Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət bu gün həm Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və zəfərin əldə edilməsinə imkan yaradıb eyni zamanda bu siyasət xüsusəndə son illər qlobal çətinliklərə baxmayaraq xüsusən Azərbaycan istehlak bazarında tarazlığın qorunub saxlanılmasına və bəzi ölkələrdə müşahidə edilən qıtlığın Azərbaycanda müşahidə edilməməsinə gətirib çıxarıb. Ona görə düşünürəm ki, bir millət vəkili olaraq Cənab Prezident tərəfindən müəyyənləşdirilmiş siyasətə və prioritetlərə uyğun olaraq qanunvericiliyə töhfə vermək və eyni zamanda bütövlükdə ictimai-siyasi məsələlərə münasibət bildirmək və onların insanlara xüsüsən də daha sadə dildə vətəndaşlarımıza çatdırılması, izah edilməsi, fərqli dövlət proqramları ilə bağlı fikirlərin və təkliflərin təqdim edilməsi istiqamətində fəaliyyətim davam edəcək və o baxımından da mən Milli Məclisdə də müstəqil deputat kimi fəaliyyətimi davam etdirib Cənab Przidentin müəyyənləşdirdiyi prioritetlərə uyğun olaraq öz fəaliyyətimi qurmaq və xüsusən də qanunverici bazaya daha çox töhfə verməyə çalışıram və çalışacağam.
-Rusiya – Ukrayna müharibəsi dünya iqtisadiyyatına , eyni zamanda ölkə iqtisadiyyatına müəyyən təsirlərlə müşahidə olunur .Sizcə iqtisadi geriləmə digər risklərin yaraanmasına nə kimi rəvac verir ?
-Rusiya – Ukrayna müharibisinin regiona və eyni zamanda dünya iqtisadiyatına təsirləri kifayət qədər böuükdür.  Artıq nəzərə alsaq ki, İnkişaf Etmiş Ölkələrdə belə kifayət qədər yüksək infilyasiya müşahidə olunub və bu da bir başa onunla bağlıdır ki , Rusiya xüsusəndə regionda xam mal eləcədə enerji məhsulları baxımından əsas təchizatçılardan biri idi. Bu da qlabal iqtisadiyyatda da artıma təsir göstərir.  Artıq həm Beynəlxalq Valyuta Fondu və digər qurumlar tərəfindən dünya iqtisadiyyatı ilə bağlı artım faizləri aşağı salınıb, bu da birbaşa Rusiya –Ukrayna müharibəsi ilə bağlı idi. Hər iki ölkə Azərbaycanın əsas tərəfdaşlardan biridir. Rusiya Azərbaycan idxalında ən böyük tərəfdaşdır. Azərbaycan qeyri-neft ixracatında da böyük tərəfdaşdır. Ukrayna isə Azərbaycanın idxalında ilk beşliyə daxil olan tərəfdaşdır. Artıq hər iki ölkə strateji ərzaq məhsullarının ixracatını dayandırıb. Buna uyğun digər region ölkələr də ixracatını dayandırıb. Buna uyğun digər region ölkələrdə ixracatın və xüsusəndə buğda və bəzi strateji ərzaq məhsullarının ixracatını dayandırması ilə bağlı qərar qəbul edib. Bütün bunlar Azərbaycan üçün də yeni çağrışlar formalaşdırır. Nazirlər Kabineti tərəfindən addımlar atılmasına çalışılır və bu istiqamətdə də fəaaliyyətlər genişlənir və xüsusən də minimum istehlak səbətinə daxil olan ərzaq məhsullarının ixracatının tənzimlənməsi ilə bağlı qərarlar o cümlədən biznesin xüsusəndə minimum istehlak sahəsinə daxil olan məhsullarının istehsalı ilə məşğul olan biznesin daha yaxından dəstəklənməsi və yeni dəstək mexanizimlərinin tətbiq olunması da bir başa ondan xəbər verir ki,  dünya və eləcə də region bazarında baş verənlərin Azərbaycan istehlak bazarına təsirilərinin minimumlaşdırılmasına çalışırıq. Bütün bunlar nəticə etibarı ilə dünya bazarında baş verən risklərin Azərbaycan iqtisadiyyatına təsirlərini minimumlaşdırmaq məqsədi daşıyır. Dünya bazarında qeyri-müəyyənlik var .Bu qeyri-müəyyənlik əksər ölkələrə təsir göstərir və xüsusən nəzərə alsaq ki ,bu gün Amerika Birləşmiş Ştatlarında eləcə də Böyük Biritanyada son 40 ildə ən yüksək infilyasiya səviyyəsi müşahidə olunur Birləşmiş Ştatlarda işsizlik səviyyəsi son 45 ildən yüksəkdi. Ən pis nəticə olaraq qiymətləndirilir. Ona görə də inkişaf etmiş ölkələr belə Rusiya – Ukrayna müharibəsinin təsirlərinə məruz qalırlar amma eyni zamanda qeyri müəyyənlik yaradıb.  Məqsəd xüsusən strateji olaraq yerli istehsalın genişləndirilməsi hesabına bu təsirləri minimumlaşdırmaqdan ibarətdir. Hələlik Azərbaycanda ərzaq məhsullarında qıtlıq müşahidə olunmur. Hökümət də çalışır ki, ümumiyyətlə belə qıtlıq müşahidə olunmasın.. Bunu biz öncədən də demişik və bu da bəzi idxal olunan məhsulların qiymətlərində artımlar müşahidə olunur. Xüsusən də yeni mövsümdə əsas məqsəd ondan ibarətdir ki yerli istehsal hesabına qiymətlərin optimallaşdırılması mümkün olsun. Bu baximdan təbii ki, müharibənin yaratdığı dünya iqtisadiyatında neqativ təsirlərin minimumlaşdırılsın həm də bütövlükdə istehlak bazarında tarazlığın qorunması ilə bağlı fəliyyətlər növbəti dövürdə də davam etiriləcək.
-Müsahibə üçün təşəkkür edirəm , fəaliyyətnizdə uğurlar azu edirəm .
- Çox sağ olun .

SABAHINFO.AZ saytının xüsusi muxbiri
Leyla Allahverdiyeva