Məlum olduğu kimi, Hüseynzadə Vəfa Oruc qızı TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə Nizami Tibb Mərkəzinə direktor təyin edilib.
"Unikal"ın əldə etdiyi məlumata görə, V.Hüseynzadə Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanovun bacısı qızıdır.
Qeyd edək ki, A.Aslanov 2005-ci ildə Şəmkirin icra başçısı vəzifəsindən azad edildikdən sonra kənd təsərrüfatı nazirinin birinci müavini təyin edilmişdi. 2013-cü ilə qədər nazir müavini vəzifəsində çalışıb. 2018-ci ildə isə dünyasını dəyişib.