Noyabrın 2-si saat 11 radələrində Xaçmaz rayonunda 1987-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Samir Alxasovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Sabahinfo.az-a Daxili İşlər Nazirliyininin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.
Məlumata görə, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırmalar aparılır.
Əlavə məlumat veriləcək.