Xaçmazda “Kiberdələduzluğa qarşı maarifləndirmə” ictimai təlimi keçirildi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “Ulduz” informasiya kommunikasiya texnologiyaları sahəsində maarifləndirmə ictimai birliyi “Kiberdələduzluğa qarşı maarifləndirmə” ictimai təlimlərin təşkili layihəsi çərçivəsində Xaçmaz rayonunun Heydər Əliyev Mərkəzində “Kiberdələduzluğa qarşı maarifləndirmə” ictimai təlimi keçirilib.

Xaçmaz RİH əməkdaşı Tariyel Didarov tədbir iştirakçılarını salamlayaraq tədbiri açıq elan etdi. Tədbirdə vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tariyel müəllim internetin sürətli inkişafı və eləcədə internetdə geniş yayılmış kiberhücumlar barədə təlim iştirakçılarına qısa məlumat verdi.

Təlimdə hüquq mühafizə orqanlarının əməkdaşları, hərbi qulluqçular da iştirak edirdilər.

Layihə rəhbəri Samir Həsənov öz növbəsində layihəni dəstəklədiyi üçün tədbirin donoru QHT-lərə Dövlət Dəstəyi Agentliyinə öz təşəkkürünü bildirərək, internetdə geniş yayılmış kiberdələduzluq halları barədə təlim iştirakçılarını məlumatlandırdı. Kiberdələduzluğa qarşı mübarizənin genişləndirilməsi üçün bu tip təlimlərinin vacibliyini vurğuladı.

Layihənin eksperti Yusif Süleymanlı təqdimatında kiberdələduzluq halları və onlara qarşı mübarizə üsullarından geniş söhbət açdı. Təlim iştirakçıları qarşılaşdıqları kiberdələduzluq və bank kartlarından oğurluq halları barədə məlumat verərək müdafiə üsullarının mövcudluğu haqqında suallar verdilər. Yusif Süleymanlı təlim iştirakçılarına fərdi məlumatların mühafizəsi, social şəbəkələrdə iş, şifrə sistemi və 2 faktor qoruma sisteminin vacibliyi və dipfeyk (deep fake news) xəbərlər barədə məlumatları nəzərə çatdırdı.

Təlim qarşılıqlı fikir mübadiləsi şəklində davam etdirildi.