Xalq artisti Mübariz Tağıyev özünü şou-biznesdə görmədiyini deyib. Sənətçi gənc ifaçılara məsləhət verməyi də unutmayıb: "Bir mahnının ərsəyə gəlməsi üçün 3-4 min və daha çox pul xərcləyirik. Məncə bu düzgün deyil. Bəstələrə bu qədər pul tökən cavan həmkarlarımı da qınamaq istəmirəm. Amma bir mahnıya xeyli miqdarda pul ödəmək riskdir. Çünki bəstə sevilməyə də bilər. Odur ki, sənətçilər bir mahnını üzə çıxarmaq üçün mütləq şou-proqramlara və ya el şənliklərinə gedirlər. Sonra da deyirlər Azərbaycanda şou-biznes var. Mən bu fikirlə razılaşmıram və özümü də şou-biznes aləmində görmək istəmirəm”.