Xanım millət vəkilindən futbola diqqət

Kürdəmir rayon mərkəzində yerləşən Olimpiya İdman kompleksinin mini futbol meydançasında “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi həyata keçirilib.

Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Millət Vəkilləri Arzu Nağıyev, Əminə Ağazadə, rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əhmədov, Kürdəmir rayon Təhsil şöbəsinin müdiri Rəfail Məmmədov, müəllimlər və şagirdlər iştirak ediblər. Layihənin əsas məqsədi rayonlarımızda və kənd yerlərində futbola marağı artırmaq və idmanın kütləviliyinə nail olmaqdır.

Tədbirdə rayonun ümumtəhsil məktəblərindən ümumilikdə 50 məktəbli uşağa, o cümlədən məktəbli şəhid övladlarına idman geyimləri və futbol topları verilib.

Tədbirin keçirilməsində əməyi olan hər kəsə öz təşəkkürümüzü bildiririk!