"Həyat yoldaşım qısqancdır. Amma onu qısqandıracaq nəsə etmirəm. Onun işinə qarışmıram".
Sabahinfo.az xəbər verir ki, bunu müğənni Tacir Şahmalıoğlu "Rəngarəng səhər" proqramında deyib.
"Dindardır, namaz qılır. Hər bir ailəyə Kəmalə kimi qadın arzulayıram. Bir dəfə qəlbimə dəyməyib, 24 saat qulluğumdadır. Ürəyi nə istəyir alıram. Qadınlara qızıl hədiyyə edirsən, bununla da könlünü alırsan. Ad günündə, başqa günlərdə alıram. Arvaddan üzr istəmərəm, evin kişisiyəm. Amma xanımımla qarşılıqlı hörmət edirik bir-birimizə".