Azərbaycanlı eko-fəalların Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində keçirdikləri dinc etiraz aksiyası davam edir.
Sabahinfo.az xəbər verir ki. bhu gün aksiyanın 65-ci günüdür.
İştirakçılardan aldığımız məlumata görə, havanın şaxtalı olmasına baxmayaraq, aksiya gecə saatlarında da davam edib. Aksiya iştirakçıları adəti üzrə növbəti günə Azərbaycanın Dövlət Himnini səsləndirməklə başlayıblar.
İştirakçıların tələbləri dəyişməz qalır. Belə ki, aksiyada Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsi tələb olunur.