Azərbaycanın Xankəndi şəhərinə ilk köçün tarixi açıqlanıb.
Sabahinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərinə köçən sakinlərlə söhbəti zamanı deyib.
Həmin dialoqu təqdim edirik:
Sakin: Bu gün mən şadam ki, Xocalıdayam. Yəni, 32 il bundan qabaq Xocalını itirdik. Mən əsir düşmüşdüm, yaralanmışdım.
Prezident İlham Əliyev: Əsir düşmüşdün?
Sakin: Xankəndidə mən həmin yerə getmək istədim, mənə dedilər ki, olmaz.
Prezident İlham Əliyev: Xankəndidə əsir düşmüşdünüz?
Sakin: Xocalı faciəsində yaralanmışdım, Xankəndidə saxlayırdılar.
Prezident İlham Əliyev: Yox, gedib baxmaq olar.
Sakin: Yəni, həmin yeri təxmin etdim ki, necə gətirib aparırdılar.
Prezident İlham Əliyev: Gedib görərsiniz o yerləri. Çünki sentyabr ayından artıq Xankəndiyə də köç başlayır.
Sakinlər: İnşallah.
Prezident İlham Əliyev: Birinci köçən tələbələr və onların müəllimləri olacaqlar. Qarabağ Universiteti fəaliyyətə başlayır. Ona görə bir tərəf olacaq Xankəndi, bir tərəf Ağdam. Ağdam şəhərinə də gələn il insanlar qayıdacaqlar.