Rusiya ordusunun Ukraynanın Xarkov şəhərini raket atəşinə tutması nəticəsində 6 dinc sakin yaralanıb.
Sabahinfo.az xəbər verir ki, bu barədə Ukraynanın Xarkov vilayəti hərbi administrasiyasının başçısı Oleq Sinequbov bildirib.
Onun sözlərinə görə, raket hücumu zamanı sənaye müəssisələrinin birində və yaşayış evlərində dağıntılar yaranıb.
***09:47
Rus qoşunları Xarkova hücum edir. Sakinlərdən sığınacaqlarda qalmağa çağırılıb.
Sabahinfo.az xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov məlumat verib.
"Xarkov sakinlərinin nəzərinə: sığınacaqlarda qalın! Rusiya işğalçıları vilayət mərkəzinə zərbələr endirirlər”,- o yazıb.
Həmçinin qeyd olunub ki, Xarkov şəhərinin bir neçə nöqtəsində qatı tüstü görünür.