Xerson vilayətində 46 şəhər, qəsəbə və kənd su altında qalıb - 32-si sağ sahildə, 14-ü isə sol sahildə. Xilasetmə işləri davam edir.
Sabahinfo.az xəbər verir ki, bu barədə Xerson Regional Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin "Telegram"da bildirib.
“Su basmış yaşayış məntəqələrində vəziyyət dəyişməyib. İşğaldan azad edilən ərazidə 3801 evi su basıb”, - deyə məlumatda qeyd edib.
Onun sözlərinə görə, su çəkilməkdə davam edir və artıq 3 m 29 sm həddinə çatıb.Dünən axşamla müqayisədə suyun səviyyəsi 64 sm azalıb.