Xəyalları reallaşdırmağı bacaran lider

Cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrü qısaca olaraq belə xarakterizə etmək olar:- hərtərəfli sıçrayışlı inkişaf dövrünü yaşayıb​ güclü və qüdrətli dövlətə çevrilən, beynəlxalq səviyyəli uğurlara, eyni zamanda qələbələrə, zəfərlərə​ imza ataraq Azərbaycanın adını qızıl hərflərlə tarixə yazdıran lider. Bir sözlə Azərbaycan xalqının​ reallaşması qeyri-mümkün olmayan xəyallarını reallaşdırmağı bacaran lider.
Bunun üçün cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 20 ilə nəzər yetirmək kifayətdir.
Azərbaycanın 2003-cü ilin oktyabrından sonrakı dövrü hərtərəfli sıçrayışlı​ ​ mərhələsi kimi xarakterizə olunur. 2003-cü ilin payızından etibarən Azərbaycan nəinki iqtisadi​ və ordu quruculuğu istiqamətində yürütdüyü siyasət baxımından deyil, eyni zamanda​ beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmaq istiqamətində yürütdüyü xarici siyasət, bölgədə reallaşdırdığı iqtisadi, enerji və logistik layihələr reallaşıdrmaqla qlobal geosiyasi proseslərdə ciddi rol oynayan bir ölkəyə çevrilib.​
-Cənab Prezidentin​ məqsədyönlü və konkret hədəflərə xidmət edən siyasəti nəticəsində Azərbaycan ən qısa zaman kəsiyində dünyada bir idman ölkəsi kimi tanındı. Azərbaycan idmançıları dünyada keçirilən beynəlxalq səviyyəli yarışlarda, dünya çempionatlarında, olimpiadalarda​ ​ ciddi uğurlara imza atdı. Bunun nəticəsi​ olaraq Azərbaycan beynəlxalq səviyyəli mötəbər idman yarışlarının və tədbrilərinin keçirildiyi məkanlardan birinə çevrildi.
- Azərbaycanın dünyanın qlobal problemlərinin həll edildiyi dialoq mərkəzinə çevrilib.​ Bu gün Bakı dünyanın humanitar problemlərinin​ ciddi müzakirə olunduğu bir dialoq mərkəzi kimi tanınır. Hər il Bakıda ən müxtəlif mövzularla bağlı Zirvə toplantıları keçirilir.
Ənənəvi hal alan Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu bunun bariz nümunəsidir.​ Məhz bunun nəticəsi olaraq​ BMT-nin Sivilizasiyalararası Alyansının VII Qlobal Forumu​ Bakıda keçirilib. 2024-cü ildə dünyanın ən mötəbər beynəlxalq toplantılaırnda olan COP 29 Bakıda keçiriləcək.
-Azərbaycan Avrasiya coğrafiyasında ciddi​ enerji və logistik qovşağa çevrilib. Bu gün Azərbaycan təkcə enerji qovşağı kimi deyil, həm də bir logistik qovşaq kimi​ qəbul edilməkdədir.​ Bu Azərbaycanın təşəbbüsü və aktiv iştirakı ilə həyata keçirilən transmilli layihələr nəticəsində mümkün olub.
Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin qurulmasına təkan verib, ölkəmizin xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə zəmin yaradıb. Bunun ardınca Bakı-Supsa neft kəməri xüsusi rol oynayıb.
Neftlə yanaşı Azərbaycan​ təbii qaz potensilından istifadə etməklə bu mövqeyini daha da möhkəmləndirib. Bu məqsədlə də "Cənub Qaz Dəhlizi" layihəsi reallaşdırılıb. "Cənub Qaz Dəhlizi"nin məqsədi "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Qaz Boru Kəməri, TANAP və TAP vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir.
Enerji layihələri ilə yanaşı, Azərbaycan yerləşdiyi coğrafi məkandan faydanalaraq ölkənin logistik potensialını artıran layihələr həyata keçirib və keçirməkdədir. Avtomobil yollarının və dəmir yolu xətlərinin, xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakıda və regionlarda beynəlxalq hava limanlarının, Bakı-Tbilisi-Qars dəmir yolunun və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını daha da gücləndirib. "Şərq-Qərb nəqliyyat dəhlizi" Çinlə Avropa arasındakı ən qısa marşrut olduğundan tranzit və yükdaşıma baxımından səmərəlidir.
Ermənistanla sülh müqaviləsi imzalanarsa, o zaman İerəvan da​ bu imkanlardan faydalana bilər.
Bütün bunların nəticəsi olaraq Azərbaycan​ bu gün Avrasiya coğrafiyasının enerji və logistik xəritəsini yenidən müəyyənləşdirən ölkəyə çevrilib.
Azərbaycan bu istiqamətdə getikcə daha ciddi rol oynayan və dünyanın ən mühüm rola malik olan ölkələrindən birinə çevrilməkdədir. Bu da Azərbaycanın​ beynəlxalq​ münasibətlər sistemindəki mövqeyinin, nüfuzunun daha da möhkəmlənməsi, investisiya baxımdan, həm də ciddi tərəfdaş ölkə kimi qəbulməsi baxımdan mühüm rol oynayır.
-Xarici siyasət və diplomatiya sahəsində də Azərbaycan ötən 20 ildə çox​ böyük uğurlara imza atıb. Azərbaycan gənc dövlət olmasına baxmayaraq BMT​ Təhlükəsizlik Şurasının üzvü və​ ​ sədri​ olub. Bundan əlavə olaraq Azərbaycan dünyanın ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulamama Hərəkatına sərdlik edib. Azərbaycan eyni zamanda ən müxtəlif regional təşkilatlara rəhbərlik edib.​
Yürüdülən uğurlu xarici siyasət nəticəsində Azərbaycanın xeyrinə olmayan geosiyasi proseslər​ xeyrimizə çevrilib. Məhz bu da nəticə etibarı ilə Azərbaycanın Ermənistanın işğalına son verib ərazi bütövlüyünü təmin edilib suverenliyinin tam bərpa olunmasında müstəsna rol oynayıb.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi barədə qərarın verilməsi də xarici siyasətimizin növbəti qələbəsi kimi dəyərləndirilməlidir. Çünki Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olub. Bu bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı. Artan beynəlxalq hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq.
-Azərbaycanın ötən 20 ildə əldə etdiyi uğurlardan biri də "kosmik ailənin" üzvü olmasıdır. Ölkənin iqtisadi qüdrəti və yeni texnologiyaların təşviqi sahəsində əldə olunan uğurlar nəticəsində Azərbaycan 2013-cü ildə ilk süni peykini orbitə çıxararaq dünya kosmos ailəsinin üzvünə çevrilib. 2013-cü ildə "Azerspace-1" telekommunikasiya, 2014-ci ildə "Azersky" Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə "Azerspace-2" telekommunikasiya peyki orbitə çıxarılıb. Bu peyk layihələrinin həyata keçirilməsinin əsas məqsədləri ölkənin milli təhlükəsizliyinin təmin olunmasına dəstək verilməsi, sosial-iqtisadi inkişafa töhfə verilməsi, kommersiya fəaliyyətini genişləndirərək peyk layihələrinə yatırılan investisiyaların geri qaytarılması, elmi tədqiqatların aparılmasına dəstək verilməsi və beynəlxalq kosmik təşəbbüslərdə iştirak edərək ölkənin beynəlxalq imicinin yüksəldilməsinə töhfə verməkdir.
- Nəhayətində cənab İlham Əliyev yürütdüyü siyasət nəticəsində xalqımız üçün xəyal kimi görünən Ermənistan-Azərbaycan münaqişəsini həll etməklə​ möhtəşəm qələbəyə imza atmaqla Azərbaycanın adını qızıl hərflərlə tarixə yazdı. Bütün bunlar ancaq və ancaq cənab İlham Əliyevin​ yürütdüyü gərgin fəaliyyətinin, qətiyyətli, uzaqgörən, cəsarətli siyasəti nəticəsində mümkün olub.
Prezidentin liderliyi altında öz ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbycan işğaldan azad olunmuş ərazilərdə "Böyük Qayıdışı" təmin etmək məqsədi ilə sürətli​ bərpa-tikinti işlər getməkdədir. Artıq​ məcburi köçkünlər 30 illik həsrətə son verib tədricən öz ata yurdlarına dönməkdədirlər. İşğaldan azad olunan ərazilərdə həyat yenidən öz əvvəlki məcrasına dönməkdədir.
Əminəm ki, cənab İlham Əliyevin liderliyi altında Azərbaycan​ yeni-yeni uğurlara, qələbələrə, zəfərlərə imza atacaq. Artıq həmin uğurların. Qələbələrin işartıları görünməkdədir. Bu gün cənab İlham Əliyevin uzaqgörən və qlobal çağırışlara çevik resksiya verib Azərbaycanın milli maraqlarına​ cavab verən və daha​ güclü dövlətə çevrilməsi istiqamətində alternativ bərpa olunan enerji və "yaşıl enerji" siyasətini yürütməsidir.​ Bu sahədə Azərbaycan böyük potensiala malikdir. Cənab Prezident bu potensialdan ölkəmizin daha qüdrətli dövlətə çevrilməsi və qarşısında duran yeni hədəflərə nail olması istiqamətində siyasətini davam etdirməkdədir. Bu istiqamətdə yürüdülən siyasət artıq öz bəhrəsini verməkdədir. Azərbaycan "yaşıl enerji" inkişaf strategiyasından istifadə etməklə Avrasiyanın enerji sahəsində yeni bir xəritəsini cızmaqda və Avropanın enerji təhlükəsizliyinin​ daha etibarlı şəkildə təmin olunması istiqamətində addım atmaqdadır. Bu da öz növbəsində​ həm Azərbaycanın iqtisadi​ gücünün və qüdrətinin artmasına, həm də beynəlxalq aləmdəki nüfuzunun daha da artmasına öz töhfəsini verəcək.

 

İltizam Yusifov

Millət vəkili