Xırdalan və Masazırda avtomobillərə qənim kəsilənlər tutuldu

Abşeronda avtomobillərdən oğurluq edilib.

Sabahinfo.az xəbər verir ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Xırdalan şəhəri və Masazır qəsəbələri ərazisində “Toyota”, “Ford” və “QAZ-31” markalı avtomobillərdən 4 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri V.Yusifov, S.Əliyev, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuşlar Yevlax rayon sakini M.Atakişiyev və Bakı şəhər sakini Ə.Mövsümov saxlanılıblar.

Araşdırma aparılır.