Milli Məclisin plenar iclasında çıxış edən deputat Nizami Səfərov üçüncü onilliyi yaxınlaşan Xocalı soyqırımı barədə danışıb. Deputat bildirib ki, bununla bağlı hüquqi addımların atılmasına zərurət var: “Xocalı soyqırımının 30 illiyi ərəfəsində Cinayət Məcəlləsinin 103-cü maddəsinə mədəni soyqırımı təşkil edən əməllərin daxil edilməsi tarixi zərurətdən doğan fundamental hüquqi addım olardı”.
N.Səfərovun sözlərinə görə, belə bir qanun layihəsi ən qısa zamanda müzakirəyə təqdim edilə bilər: “Mədəni və fiziki soyqırım bir-biri ilə üzvi şəkildə bağlı olan qəddar və qeyri-insanı əməllərdir. Mədəni soyqırım fiziki soyqırımın ayrılmaz tərkib hissəsi olaraq bir çox hallarda ondan əvvəl törədilən əməldir, digər tərəfdən isə identifikasiya olunan qrupların yalnız mədəni bünövrəsini çökdürərək, onları bir sosial vahid kimi məhv etmək olar”.
Çıxışın tam mətni ilə aşağıdakı şəkil vasitəsi ilə tanış olmaq olar.