Xocalı soyqırımına həsr olunmuş Beynəlxalq tədbir keçirilib

24 fevral 2020-ci il tarixdə İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin və Almaniya “Türk Tarixi və Mədəniyyətləri”muzeyinin(Begegnungsstube Medina e.V) birgə təşkilatçılığı ilə 26 fevral Xocalı faciəsini 30-cu il dönümünə həsr olunmuş, dünyanın müxtəlif yerlərində yaşayan Azərbaycan diaspora üzvlərinin, alimlərin,tarixçilərin, yazıçıların,hadisələri canlı şahidi olmuş xocalı sakinlərinin və şəhid ailələrinin iştirakı ilə onlayn konfrans keçirilmidir. Konfransın keçirilməsində məqsəd  Xocalı soyqırımını yad edilməsi və təbliği istiqamətdə görülmüş və görüləcəq işlərin müzakirəsidir. 

Tədbiri giriş sözü ilə açan Almaniya “Türk Tarixi və Mədəniyyətləri”muzeyinin direktoru Cemaleddin Özdemir Xocalı həqiqətləri haqında məlumat vermiş, Xocalı qurbanlarının və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. İlk olaraq sözü İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfova vermilmişdir. Elçin Nəcəfov çıxışında Xocalı faciəsinin tanıdılması və təbliği istiqamətində Azərbaycan dövlətini həyata keçirtdiyi fəaliyyət barəsində və bu istiqamət də görülən işlər barədə geniş məlumat vermidir. Sonra söz Xocalı soyqırımının canlı şahidləri olmuş Xocalı sakinlərinə verilmiş və onlar Ermənilərin Xocalıda törətdiklri vəhşiliklər haqqında öz şahdi olduqları hadisəlri danışmışlar. Bundan başqa tədbirdə çıxış edən  Azərbaycandan Kimya üzrə fələsəfə doktoru dossent Mehman Abbasov Xocalı faciəsinin təbliği istiqamətində Azərbaycan ziyalılarının üzrinə düşən öhtəlik barədə məlumat vermişdir.  Konfransda həmçinin AZərbaycanın xarici dövlətlərdə yaşayan diaspora nümayəndələri, Cənubi Koreyadan  fəal diaspora üzvü Rahil Əhmədova, Rusiyada yaşayan fəal diaspora üzvü Bahar Xələfova və bir neçə digər diaspora üzvləri çıxış etmiş və orda göstərdikləri fəaliyyətlər barədə geniş məlumat vermişlər.   Tədbirdə həmçinin İsmayıllı rayon İcra Hakimiyyəti Başçısı aparatının Siyasi Humanitar məsələlər şöbəsinin müdr muavini , Tarixçi Nəsimi Teymurov və Azərbaycan Respublikası Pedoqoji Universitetinin Quba filialinin direktor muavini, Tarixçi Mürvət Əliyev Xocalı hadisələrənin tarixi və səbəbləri  haqında geniş məlumat vermişdir. Tədbidə həmçinin konfransın təşkilatçılarından İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov çıxış etmiş və Xocalın qisasının alınması və Ali baş komandan cənab İlham Əliyevin  və Azərbaycanın mərd oğullarının bizə qazandırdığı qələbə barədə məlumat vermişdir. Konfransda Azərbaycanın milli qəhrəmanı  Polad Həşimovun bacısı Kamalə həşimova və azərbaycanın Xocalı həqiqətlərini öz yazdıqları kitablarla dünyaya çatdıran yazıcılar və alimlər də iştirak etmişdir. Tədbir daha sonra qarışılqlı müzakirəsi formatinda davam etmişdir və sonda Azərbaycan dövlət himninin sələndirilməsi ilə yekun vurulmuşdur.