Tanınmış müğənni Xuraman Şuşalı illər əvvəl çəkdirdiyi hicabsız şəkillərindən danışıb.
Sabahinfo.az xəbər verir ki, bu barədə Şuşalı qonaq olduğu ARB TV-də yayımlanan “Həmin Zaur” axşam şousunda bildirib.
Xuraman hicabsız şəkillərinə münasibət bildirərkən “Müğənniyəm, səhnə bunu tələb edirdi” deyib:
“Hicabsız fotolarımı sildirirəm. Sildirə bildiklərimi sildirdim. Amma qalanlar qalıb. Pulla da həll olunacaq iş deyil. Pulu ödəsəm də, başqası yükləyəcək və buna biznes kimi baxacaqlar. Keçmiş keçmişdə qaldı”. (oxu.az)
Ətraflı süjetdə: