Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Samux-Gəncə avtomobil yolunun 2-ci km-liyində - Samux rayonu ərazisində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.
Sabahinfo.az nazirliyə istinadən xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Samux Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal çağırış üzrə cəlb olunub.
Baş vermiş yol-nəqliyyat qəzası zamanı yanacaqdaşıyan avtomobilin aşması nəticəsində ətrafa dağılan yanacaq təhlükəsizlik tədbirləri çərçivəsində yuyularaq mümkün yanğın təhlükəsi aradan qaldırılıb.
***
12:09
Samuxda yol-nəqliyyat hadisəsi baş verib.
Sabahinfo.az xəbər verir ki, hadisə Gəncə -Samux avtomobil yolunun 2-ci km-də qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı ağır tonajlı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza zamanı yanacaq daşıyan maşının yük çənində olan 40 tona yaxın benzin yol kənarına axıb.
Dərhal hadisə yerinə FHN- nin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Baş verə biləcək yanğının qarşısını alınması istiqamətində tədbirlər həyata keçirilib. Yük maşını yolun hərəkət hissəsinə aşması zamanı Gəncə -Samux yolu bir neçə saat bağlı qalıb. Əraziyə polis əməkdaşları cəlb olunub, sürücülər alternativ yollarla hərəkət etməsinə yönləndirilib.
DYP əməkdaşları yolda hərəkəti bərpa ediblər. Faktla bağlı araşdırma aparılır./APA