YAP daim xalqın mənafeyindən çıxış edib

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində avqustun 9-da Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Bədəl Bədəlovun YAP Goranboy rayon təşkilatının qərargahında və Naftalan şəhəri, Qaşaltı Mədəniyyət evində şəhid ailələrinin üzvləri, müharibə əlilləri və iştirakçıları ilə görüşü keçirilib.

YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev partiyanın hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq YAP-ın bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib. O, deputatlığa namizəd Bədəl Bədəlov haqqında seçiciləri məlumatlandırıb.

Deputatlığa namizəd Bədəl Bədəlov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edib.

Bədəl Bədəlov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.

Görüşdə, həmçinin Rübabə İsmayılova, Dərgah Abbasov, Hatəm Qocayev, Zülfümar Nüriyeva və Gündüz Hacıyev çıxış ediblər. Qeyd olunub ki, YAP daim xalqın mənafeyindən çıxış edib. Çıxışçılar uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə səsləyiblər.