Oktyabrın 16-da Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin V iclası keçirilib.
İclasda Gənclər Birliyinin cari fəaliyyəti və qarşıda duran vəzifələrin icrası ilə bağlı bir sıra məsələlər müzakirə olunub.
Gənclər Birliyinin sədri Bəxtiyar İslamov ötən dövr ərzində görülən işlərdən bəhs edib. Bildirib ki, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin 7 sentyabr 2021-ci il tarixli qərarına əsasən YAP Gənclər Birliyinin Əsasnaməsi qəbul edilib. Əsasnamədə Gənclər Birliyi haqqında ümumi müddəalar, fəaliyyət istiqamətləri, fəaliyyətin təşkili və iclasların keçirilmə qaydası kimi məsələlər öz əksini tapıb.
YAP Gənclər Birliyi tərəfindən sentyabr ayı ərzində “Nizami Gəncəvi İli” çərçivəsində “Ümumrespublika Xəmsə Festivalı”nın keçirildiyini qeyd edən B.İslamov layihədə ümumilikdə YAP üzvü və bitərəf olmaqla 420 nəfər gəncin iştirak etdiyini deyib. Bundan əlavə “I Davamlı İnkişaf Məktəbi” iştirakçılarının layihənin sonuncu təqdimat mərhələsində olduğunu da diqqətə çatdırıb.
Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının Vətən müharibəsinin ildönümünə həsr olunan Tədbirlər Planı çərçivəsində YAP Gənclər Birliyi tərəfindən silsilə layihələr icra olunur. Eyni zamanda YAP Gənclər Birliyinin xarici əlaqələri genişlənir, Türkiyə, Ukrayna və Qazaxıstanın hakim partiyalarının gənclər təşkilatları ilə qarşılıqlı təmaslar həyata keçirilir.
Daha sonra YAP Gənclər Birliyinin sədr müavinləri Sevinc Qasımova, Fəsli Nəbiyev və Gənclər Birliyinin üzvləri Ülkər Qəhrəmanova, Ülviyyə Axundova, İlqar Axundov, Ülkər Həsənova, Əkbər Cəlilov, Azad Manaflı, Fərid Sadıxlı, Nərgiz Babayeva, İlqar Quliyev, Coşqun Hidayətov, Salman Salmanov, Emil Aslanlı, Nərmin Heydərova, Niyaz Əliyev, Ayxan Tağızadə, Anastasiya Lavrina və Sabir Rüstəmov Gənclər Birliyinin həyata keçirəcəyi növbəti yeni layihələr və təşəbbüslər ətrafında fikir mübadiləsi aparıblar.