YAP İsmayıllı rayon təşkilatının yaradılmasının 33 illiyi qeyd olunub

Martın 6-da İsmayıllı rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) İsmayıllı rayon təşkilatının yaradılmasının 33 illiyi münasibətilə tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.

 Rayon təşkilatının Qərargahında keçirilən tədbirdə ilk öncə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov çıxış edərək Yeni Azərbaycan Partiyasının təsis olunduğu dövrün tarixi şəraiti, o zaman baş verən ictimai-siyasi hadisə və proseslər barədə danışıb. O bildirib ki, Yeni Azərbaycan Partiyası 21 noyabr 1992-ci il tarixində Naxçıvan şəhərində təsis edildikdən sonra Ulu Öndər Heydər Əliyevin şəxsiyyətinə sadiqlik nümunəsi olaraq 6 mart 1993-cü ildə YAP İsmayıllı rayon təşkilatı yaradılmışdır. Natiq ötən 33 illik müddət ərzində partiyanın rayon təşkilatı üzvlərinin Heydər Əliyev ideologiyasına, Azərbaycan dövlətçiliyinə daim sədaqət nümayiş etdirdiklərini qeyd edib.

Daha sonra çıxış edən partiya veteranı Valeh Salehov,şəhid atası Ağaəhməd Əhmədov, İsmayıllı rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov, Təhsil İşçiləri Azad Həmkarlar Təşkilatı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının direktoru Vidadi Rəhimov, İsmayıllı rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədov qeyd etdilər ki, YAP yarandığı gündən ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayır. Qeyd olunub ki, İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan regionun aparıcı dövlətinə çevrilib, beynəlxalq mövqelərini daha da möhkəmləndirib.

Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs sonrakı illərdə Azərbaycanı sabitliyə, təhlükəsizliyə və inkişaf mərhələsinə çıxardı. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışı isə həm dövlətin, həm də Yeni Azərbaycan Partiyasının tarixində dönüş nöqtəsi oldu. 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP-ın siyasi kursu yeni mərhələyə qədəm qoydu. Bu dövr Azərbaycanda böyük infrastruktur layihələrinin icrası, iqtisadi yüksəliş, beynəlxalq nüfuzun artması və müasir, güclü dövlət imicinin formalaşması ilə yadda qaldı. Dəmək olar ki, bu gün Azərbaycanın bütün uğurlarında YAP-ın böyük rolu var. Partiyanınprezident, parlament, bələdiyyə kimi seçkilərdə qazanılan bütün qələbələri Azərbaycan xalqının Yeni Azərbaycan Partiyasına olan ehtibar və güvəninin bariznümunəsidir. Xalq öz liderinə inanır və liderin də xalqa olan inamı günü-gündən artır.

Tədbirin sonunda partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi,rayon təşkilatının fəaliyyətində fərqlənən bir qrup partiya üzvünə isə fəxri fərman və hədiyyələr təqdim edilmişdir