Yaponiya sahillərində güclü ZƏLZƏLƏ OLDU

Yaponiyanın Honsyu adası yaxınlığında 5,8 maqnitudalı zəlzələ baş verib.

Sabahinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Sinqu şəhərindən 39 km cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 394 km dərinlikdə yerləşib.

Yaralananlar və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.