“Yaradıcı oxucularımız” layihəsi davam edir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsinə müəlliflər öz əsərlərini mütamadi olaraq təqdim edirlər.

2023-cü ildən layihəyə qatılan gənc yazar, kitabxananın fəal oxucusu Tuqay Vəliyev kitabxanaya yeni hekayə təqdim etdi. “İki qəlb, üç əhd” hekayəsində müəllif Vətən qarşısında öz borcunu yerinə yetirən gənclərin əsgərlik həyatını, dostluğunu, təmiz, saf sevgisini qələmə alır. Müəllif Mahirin timsalında sevgisinə, əhdinə sadiq gənclərimizin obrazını yaradıb.

Hekayə aşağıdakı keçiddə təqdim olunur:

https://drive.google.com/file/d/1diqw6gWEvwVou91qbDZJSK8ihQ6xSB9m/view?usp=drivesdk