Yasamal Rayon İcra Hakimiyyətinin başçısı sakinləri qəbul edib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bu gün bir qrup rayon sakinini qəbul edib. İcra Hakimiyyətinin inzibatı binasında baş tutan görüşdə icra başçısının müavinləri, RİH aparatının şöbə müdirləri və digər vəzifəli şəxslər də iştirak etdilər. Qəbulda növbə ilə söz alan Yasamal sakinləri mənzil-məişət şəraitinin yaxşılaşdırılması, şəhid ailələri və qazilərin mənzillə təminatı, məşğulluq, tikinti normaları və bir sıra sosial məsələlər qaldırdılar.

İcra başçısı Elşad Həsənov iki saata yaxın davam edən qəbulda sakinləri diqqətlə dinlədi və vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə baglı dərhal müvafiq göstərişlər verdi.Qaldırılan digər məsələlər isə nəzarətə götürülərək onların həll müddətləri müəyyən edildi.Yasamal Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq vətəndaşlarla həftəlik görüş və qəbulları davam edir.