Vətəndaşların qəbulu qrafikinə uyğun olaraq Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bu gün rayon sakinlərini qəbul edib. İcra Hakimiyyətinin inzibatı binasında baş tutan görüşdə İcra Başçısı aparatının məsul şəxsləri də iştirak ediblər. İcra Hakimiyyətinin başçısı Elşad Həsənov görüşdə qeyd etdi ki, qəbul Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin sakinlərlə təmasda olmaq tapşırığına əsasən həyata keçirilir. Qəbulda növbə ilə söz alan Yasamal sakinləri sahibkarlıq subyektinin fəaliyyəti üçün yer, mənzil növbəsi, tikinti şirkətləri ilə vətəndaşların mübahisələri, fərdi evlərin konstruksiyasına dair qonşular arasında ixtilaflar,əmlak mübahisələri, Vətən müharibəsi qazilərinin mənzillə təminatı və bir sıra sosial məsələlər qaldırdılar.
İcra başçısı Elşad Həsənov iki saat davam edən qəbulda sakinləri diqqətlə dinlədi və vətəndaşların problemləri ilə baglı aparat əməkdaşlarına müvafiq göstərişlər verdi.Qaldırılan digər məsələlər isə nəzarətə götürülərək onların həll müddətləri müəyyən edildi.Yasamal Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq vətəndaşlarla həftəlik görüş və qəbulları davam edir.