Yasamal rayonunda 300 aztəminatlı ailələrə bayram sovqatı

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, 17 saylı Yasamal üçüncü seçki dairəsinin deputatı Elnur Allahverdiyev və Yasamal rayon bələdiyyəsinin birgə təşkilatçılığı ilə Qurban bayramı ərəfəsində aztəminatlı ailələrə bayram sovqatları paylanılıb.

Yasamal üçüncü seçki dairəsi ərazisində yaşayan 50 aztəminatlı ailə ziyarət edilib, onlara bayram sovqatları çatdırılıb.

Aztəminatlı ailələr onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

Ümumilikdə rayon ərazisində yaşayan 300-dən çox ailəyə bayram sovqatları paylanılması nəzərdə tutulur.