Yasamal rayonunda 44 günlük Vətən müharibəsi şəhidi dərin ehtiramla yad edilib

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları, qazilər, 44 günlük Vətən müharibəsi iştirakçıları və Yasamal rayon ictimaiyyəti tərəfindən İkinci Fərxri Xiyabanda 44 günlük Vətən müharibəsi şəhidi Hacılı Feyruz Bəhruz oğlunun məzarı ziyarət olunaraq dərin ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə bildiriblər.

Qeyd edək ki, Cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən Hacılı Feyruz Bəhruz oğlu ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah şəhidlərimizə rəhmət eləsin!